Ordu.az xəbər verir ki, hərbi əlaqələrin gücləndirilməsi məqsədi daşıyan bu görüşdə təlim, texnologiya transferi və birgə istehsal təşəbbüsləri sahəsində potensial əməkdaşlıq məsələləri müzakirə edilib.
Misir nümayəndə heyəti səfər zamanı J-10C-nin nümayişinin də şahidi olub.
J-10C 2024-cü il sentyabrın 4-də başlayan ilk Misir Beynəlxalq Aviasiya Sərgisində diqqəti cəlb edib.
Bu tədbirdə Çinin Y-20 nəqliyyat təyyarəsi ilə yanaşı, bir neçə J-10 təyyarəsi də nümayiş etdirilib, bu da Çinin hərbi imkanlarını, Yaxın Şərq və Şimali Afrika regionunda mövcudluğunu gücləndirmək niyyətini vurğulayır.
Məlumata görə, Misir təxminən 12 ədəd J-10C təyyarəsi almaq üçün danışıqlar aparır.
Sevinc Əliyeva
Ordu.az