Avstraliya F-35 döyüş təyyarələri üçün JSM raketləri sifariş edib

2024/09/e3-17-1725870606.jpg
Oxunub: 300     14:29     10 Sentyabr 2024    
Avstraliya Norveçin “Kongsberg Defense & Aerospace” şirkəti ilə 94 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Kongsberg Defence & Aerospace” Avstraliya Kral Hərbi Hava Qüvvələrinin (HDQ) F-35A təyyarələri üçün Birgə Hücum Raketləri (JSM) tədarükü ilə bağlı Avstraliya hökuməti ilə müqavilə imzalayıb.

Təxminən 94,155 milyon dollar dəyərində olan müqavilə F-35A-nın həm quru, həm də dəniz hədəflərini uzaq məsafədən vurma qabiliyyətini artıraraq, Avstraliyanın müdafiə imkanlarına yeni raket sisteminin inteqrasiyasını əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Norveç  


Bizi "telegram"da izləyin