Ordu.az xəbər verir ki, beləliklə, mövcud 14 A400M təyyarə parkı 17 təyyarəyə qədər artıb.
Müdafiə naziri Marqarita Robles bu genişləndirmə qərarını 2023-cü ilin mayında A400M təyyarəsinin Ukraynaya yardım göndərilməsi və ya Əfqanıstan və Sudanda xilasetmə əməliyyatları kimi missiyalarda üstün performansından sonra açıqlayıb.
İspaniya “Airbus”dan 27 təyyarə sifariş etsə də, Müdafiə Nazirliyi 2013-cü ilin mayında yalnız 14 təyyarənin xidmətə daxil olacağını açıqlayıb.
İspaniya digər 13 təyyarənin tədarükünü təxirə salmağı seçib və bu təyyarələrin 2025-ci ildən etibarən təhvil verilməsi üçün “Airbus” ilə razılığa gəlib.
Müdafiə Nazirliyi son on ildə bu təyyarələrin bir hissəsini başqa ölkələrə satmağa cəhd etsə də, indiyədək uğur qazana bilməyib.
Məlumata görə, bu genişlənmə ilə xidmətə daxil olmayacaq və ixrac üçün satılmalı olan 10 təyyarə qalacaq.
Sevinc Əliyeva
Ordu.az