Türkiyənin çip fabriki 2028-ci ildə açılacaq

2024/09/1725868795.jpg
Oxunub: 465     14:58     10 Sentyabr 2024    
Türkiyədə Şəbəkə Mərkəzli Söhbətlər 74-cü bölüm Erdi Özüağın iştirakı ilə keçirilib.

Ordu.az xəbər verir ki, Özüağ çip və yarımkeçirici texnologiyalarının müdafiə sənayesinə təsirlərinin araşdırıldığı yayım çərçivəsində əhəmiyyətli açıqlamalar verib.

Özüağ bu çərçivədə Türkiyədə qurulacaq çip fabrikinin 2028-ci ildə istehsala başlayacağını bildirib.

“Yaxın dostum Hakkı Alkanın sözlərinə görə, hazırda tikintisi davam edən çip fabriki 2028-ci ildə fəaliyyətə başlayacaq. Bu fabrik müdafiə sənayesi şirkəti və günəş panelləri istehsal edən şirkətlə əməkdaşlıq çərçivəsində yaradılacaq. İlk mərhələdə müdafiə sənayesi və məişət əşyaları sənayesi üçün həllər hazırlanacaq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çip-fabriki  


Bizi "telegram"da izləyin