Erməni ictimai xadim: “Zəngəzur dəhlizi məsələsi bağlanmayıb, sadəcə olaraq sülh müqaviləsinə salınmayacaq”

2024/09/1725868629.jpg
Oxunub: 472     17:17     14 Sentyabr 2024    
“Bu günün çağırışlarına mütləq sadə cavab yoxdur, yeganə seçim mübarizə aparmaq, daim danışmaq, xatırlatmaq, müzakirə etməkdir”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, Ermənistanın son otuz ildəki tarixi kifayət qədər zəif öyrənilib.

“Bütün bu tarix bizim gözümüzün qabağında idi, xatirələr bizim üçün canlı və təzədir. Məsələn, bir çox insanlar Qarabağ müharibəsinin birinci mərhələsini yaxşı xatırlayırlar. Amma indiki 20-25 yaşlılardan danışanda, onlar üçün bu, tam mifik bir dövrdür. Bizə elə gəlir ki, insanların fikirləri televiziyadan və ya kitablardan formalaşmalı idi, lakin onlar sadəcə canlı stereotip epizodlarıdır. Nikol Paşinyanın şarı şarı tez bir zamanda partladıldı. Zəngəzur dəhlizi məsələsi bağlanmayıb, sadəcə olaraq sülh müqaviləsinə salınmayacaq”, - deyə Vrtanesyan qeyd edib.

Vrtanesyan bildirib ki, Paşinyan və rəqib dövlətlər ermənilərin kollektiv tarixi yaddaşını bilərəkdən təhrif edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin