İranın dini lideri Əli Xameneyi də bir müddət əvvəl İranda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin yolverilməzliyindən danışıb.
Ordu.az xəbər verir ki, erməni politoloq Hrant Mikayelyan mövcud vəziyyəti şərh edib.
Onun sözlərinə görə, İran tərəfdən gələn bu və digər oxşar bəyanatlar sübut edir ki, əgər təbii olaraq Ermənistanın rəhbəri İran tərəfindən xahiş etsə, zərurət halında İran bu ərazinin coğrafiyasının dəyişdirilməsinin qarşısını ala bilər, ancaq Paşinyan həmin xahişi etməyəcək.
Mikayelyan qeyd edib ki, İranın bu məsələdə böyük tərəfdaşları yoxdur.
“Onun Rusiya ilə adekvat münasibəti yoxdur, çünki İranla Rusiyanın Azərbaycana qarşı münasibətləri fərqlidir. Əgər İran tərəfi Paşinyanın xahişi olmadan Azərbaycanın həmin ərazidə Ermənistana qarşı hərbi əməliyyatının qarşısını almağa çalışarsa, beynəlxalq normaları pozacaq və aydındır ki, Ermənistan lideri İrana belə bir müraciət etməyəcək”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az