“Paşinyanın son bəyanatını rəqibə yeni ərazilər tutmaq üçün kart-blanş vermək kimi qiymətləndirirəm” - Vazgen Manukyan

2024/09/1725868308.jpg
Oxunub: 336     10:50     10 Sentyabr 2024    
“Paşinyanın son bəyanatını rəqibə yeni ərazilər tutmaq üçün kart-blanş vermək kimi qiymətləndirirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın birinci Baş naziri, ölkənin keçmiş müdafiə naziri Vazgen Manukyan deyib.

Onun sözlərinə görə, Paşinyan Quşçu (Cermuk) haqqında danışır və deyir ki, Ermənistan müharibə ilə götürməyəcək.

“Belə olan halda həmin ərazini nəzarət altına alan nə düşünəcək? Daha çox ərazi götürüb saxlaya biləcəyini düşünəcək. Halbuki dövlət başçısı zəif vəziyyətdə olsa belə deməlidir ki, mənim olan mənimdir. Ermənistan hökümətinin etdiyi dövlətə xəyanətdir, mənim üçün bu həm də milli xəyanətdir. Əgər o, ermənilərin Qarabağa qayıtmasının bizə sərfəli olmadığını deyirsə, həm də ümuminsani cinayət törədir”, - deyə Manukyan qeyd edib.

Manukyan bildirib ki, Paşinyan əraziləri növbə ilə təhvil verərək, məşhur axmaq inək məntiqini rəhbər tutur.

“Quşçu “atıldı”, sonra Tavusla əlaqəsi kəsildi. Bilirsiniz, zəiflik qədər təhlükəli heç nə yoxdur. O, zəifdir, sadəcə olaraq dünyaya deyir ki, bizi yeməyin”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Bəyanat  


Bizi "telegram"da izləyin