Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, erməni siyasi məhbus Armen Aşotyan “Armen Aşotyana 5 sual” telekörpüsü çərçivəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın hakim rejimi öz təşəbbüsü, Azərbaycanın razılığı ilə bu məsələnin Ermənistan-Azərbaycan sülh sənədindən çıxarılması ilə diplomatik qələbə təqdim etməyə çalışıb və bu cür davranış öz xalqını aldatmaq üçün növbəti cəhddir.
“Xatırladıram ki, Zəngəzur dəhlizi məsələsi bağlanmayıb, gündəmdən kənarda qalmayıb, unudulmayıb, sadəcə olaraq sülh müqaviləsinə salınmayıb. Onu da xatırladaq ki, Nikolun komandası bir neçə ay əvvəl İrandan keçən, Azərbaycandan Naxçıvana gedən yolla bağlı bizim gözümüzə təbliğat tozu vururdu. Lavrovun (Rusiyanın xarici işlər naziri Sergey Lavrov-red.) sensasion bəyanatına gəlincə, açıq-aydın görünür ki, Moskvaya dəhliz lazım deyil, işə düşəcəyi təqdirdə dəhlizə nəzarət lazımdır”, - deyə Aşotyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az