“Zəngəzur dəhlizinin əhəmiyyət miqyası İran və Rusiya üçün çox fərqlidir” - İskəndəryan

2024/09/1725863097.jpg
Oxunub: 323     12:12     10 Sentyabr 2024    
“Zəngəzur dəhlizinin əhəmiyyət miqyası İran və Rusiya üçün çox fərqlidir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib

Erməni ekspertin sözlərinə görə, bu, İran üçün çox vacib məsələdir.

“Bunun səbəbləri az-çox başa düşüləndir. Bəli, İranda bu baxımdan işlər o qədər də yaxşı deyil. Onun şərq tərəfində pis əlaqələri olan Əfqanıstan və Pakistan var. Qərbdə İraq və Türkiyə var. Yaxşı, başa düşmək olar ki, hər iki halda iranlılar üçün, yumşaq desək, çətindir. Cənub, yəni Fars körfəzinin ərəb ölkələri haqqında isə susmaq daha yaxşıdır. Bütün bunlar ağırdır. Düşünmürəm Zəngəzur dəhlizi Rusiya siyasəti üçün o qədər önəmlidir ki, Rusiya bunun üçün İran və Azərbaycanla mübarizə aparmağa hazır olsun”, - deyə İskəndəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   İran   Rusiya  


Bizi "telegram"da izləyin