Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyinin “İranın Zəngəzur dəhlizinə yanaşması: Hansı həll yolu daha yaxşıdır” başlıqlı məqaləsində bildirilib.
Nəşr qeyd edib ki, 44 günlük Qarabağ müharibəsində Ermənistan məğlub olduqdan və Moskvanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan Respublikası arasında üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikasının ərazisinin Naxçıvanla necə birləşdirilməsi ilə bağlı fərziyyələr yaranıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin yaradılmasına çalışırlar. Bu dəhliz Türk dünyasının iki hissəsini ilk dəfə birləşdirəcək, Orta Dəhliz ilə Çin və Avropa İttifaqı arasında əlaqənin təməlini qoymağa çalışacaq. Belə bir planın həyata keçirilməsi praktiki olaraq Rusiya və İranın milli maraqlarına ziddir, çünki bu, iki böyük ölkənin gələcəkdə əsas tranzit marşrutlarını tərk etməsinə gətirib çıxaracaq. Bu arada belə bir dəhlizin yaradılması İranın Avropaya çıxışını həmişəlik kəsəcək”, - deyə agentlik bildirib.
Müəllif əlavə edib ki, sanki Rusiya Zəngəzur dəhlizinin riskinin idarə edilməsi məsələsində yanlış hesablama aparıb.
Alpər Mövludoğlu
Ordu.az