Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Cari ilin tədbirlər planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda hərbi qulluqçular üçün mədəni-kütləvi tədbirlər və müxtəlif tarixi muzeylərə ekskursiyalar təşkil edilir.
Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda təqdim edilən konsert proqramlarında ifa olunan musiqilər və rəqslər şəxsi heyət tərəfindən alqışlarla qarşılanır.
Silsilə tədbirlərdə, həmçinin "Əsgərə məktub" layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılır. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyurlar.
Ordu.az