ABŞ kvant kompüterləri və çip texnologiyalarına yeni ixrac məhdudiyyətləri qoyub

2024/08/1725082755.jpg
Oxunub: 353     18:13     17 Sentyabr 2024    
ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) ölkənin beynəlxalq tərəfdaşları ilə texniki razılaşma əldə etdiyi kritik və inkişaf etməkdə olan texnologiyaların ixracına nəzarəti nəzərdə tutan aralıq yekun qaydaları dərc edib.

Ordu.az xəbər verir ki, BIS-in verdiyi açıqlamada bu qaydaların kvant kompüterləri, çip istehsalı və digər qabaqcıl texnologiyalarla bağlı nəzarətləri əhatə etdiyi bildirilib.

Qabaqcıl texnologiyalar sahəsində davam edən beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanan açıqlamada sözügedən məhsullar üçün ixrac nəzarətində lisenziya azadlığı verilən ölkələr sıralanıb.

Siyahıdakı bəzi məhsullar üçün istisna edilən ölkələr arasında İtaliya, Böyük Britaniya, Avstraliya, Kanada və Yaponiya kimi ABŞ-nin müttəfiqləri də var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Məhdudiyyət  


Bizi "telegram"da izləyin