Ordu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.
Açıqlamada yeni yardım paketinin ümumi dəyərinin 162 milyon funt-sterlinq olduğu qeyd olunub.
Yeni müdafiə yardım paketi ilə Ukraynaya göndəriləcək 650 “Martlet” raketinin 2024-cü ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır.
Ukraynaya təhvil veriləcək “Martlet” raketlərinin Belfastdakı “Thales Group” fabrikində istehsal ediləcəyi və gələcək istehsalın da həmin müəssisədə həyata keçiriləcəyi açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az