Britaniya Ukrayna üçün 152 mm-lik sursatlar alacaq

2024/09/1725703436.jpg
Oxunub: 376     16:29     09 Sentyabr 2024    
Britaniya Müdafiə Nazirliyi Ukrayna üçün 152 mm-lik sursatın alınması məqsədilə 300 milyon funt-sterlinq dəyərində müqavilə imzalandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, ilin sonuna qədər minlərlə mərminin təhvil verilməsi və Ukrayna ehtiyatlarının əhəmiyyətli dərəcədə yenilənməsi gözlənilir.

Artilleriya sursatlarının tədarükü ilə bağlı müqaviləni Müdafiə Nazirliyinin satınalma bölməsi olan Müdafiə Avadanlığı və Dəstək şirkəti imzalayıb.

Artilleriya sursatı müqaviləsi çərçivəsində qarşıdakı 18 ay ərzində Ukraynaya 120 min yeni istehsal edilmiş mərmi tədarük ediləcək və həyati əhəmiyyətli sursat Ukraynaya verilməyə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin