Ukrayna 30 mm-lik qülləli yeni “Varta 2” zirehli vasitəsini təqdim edib

2024/09/1725703265.jpg
Oxunub: 420     15:02     09 Sentyabr 2024    
Ukraynanın “Ukrainian Armor” şirkəti Polşada keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 30 mm-lik qüllə ilə təchiz edilmiş yeni 14 tonluq “Varta 2” zirehli vasitəsini təqdim edib.

Ordu.az xəbər verir ki, sürəti saatda 110 kilometrə çata bilən “Varta 2” 360 at gücündə “Cummins ISB 6.7” mühərriki və “Allison” 3200SP avtomatik transmissiyası ilə təchiz edilib.

Şirkətin verdiyi məlumata görə, avtomobil sürət və gücü 400 mm yerdən yüksəklik və STANAG 3a/3b mina, ballistik qoruma kimi qabaqcıl qoruyucu xüsusiyyətlərlə birləşdirərək, müxtəlif və çətin mühitlərdə işləməyə imkan verir.

Avtomobilin müdafiə imkanları minaya davamlı oturacaqlar, kimyəvi və bioloji təhlükələrdən qoruyan inteqrasiya olunmuş hava filtrasiya sistemi kimi müasir təhlükəsizlik sistemləri ilə daha da gücləndirilir.

Şirkət “Varta 2”ni sadəcə bir avtomobil deyil, həm də müasir müharibə ssenarilərinin mürəkkəbliyinə uyğunlaşmaq üçün hazırlanmış mobil qala kimi təsvir edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Varta-2  


Bizi "telegram"da izləyin