Türkiyənin də satın aldığı F-16-nın ən yeni REM paketi olan IVEWS uçuş sınaqlarına başlayıb

2024/09/Ekran-1725703162.jpg
Oxunub: 408     18:29     10 Sentyabr 2024    
“Northrop Grumman” F-16-nın yeni Radioelektron Mübarizə (REM) dəsti AN/ALQ-257-nin otaq şəraitində quru sınaqlarını müvəffəqiyyətlə tamamladıqdan sonra uçuş sınaqlarına başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Northrop” bildirib ki, “Blok 50” F-16-ya quraşdırılmış İnteqrasiya Edilmiş “Viper” REM Paketi (IVEWS) ötən ay Sursat və Radioelektron Sensorların Birgə Uçuşdan Əvvəlki İnteqrasiyası (J-Prime) obyektində Hərbi Hava Qüvvələrinin (HHQ) qiymətləndirməsini tamamlayıb.

Şirkət rəsmisi qeyd edib ki, eyni təyyarə təxminən iki həftədir uçuş sınaqları keçirir və tezliklə ikinci F-16 da qoşulacaq.

Əməliyyat qiymətləndirməsinin 2024-cü ilin 4-cü rübündə başa çatdırılması gözlənilir. İnkişaf etdirmə və əməliyyat sınaqlarının isə 2025-ci ilin əvvəlində başa çatdırılması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   F-16   IVEWS   REM  


Bizi "telegram"da izləyin