Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Subianto Avropadan yeni hərbi vasitələr almaqla, ölkənin dəniz imkanlarını artırmağa hazırlaşır.
İndoneziyanın müdafiə naziri “Pattugliatore Polivalente d'Altura” (PPA) kimi tanınan İtaliya Dəniz Patrul Gəmilərini (OPV), eləcə də müxtəlif Avropa ölkələrindən bir neçə freqat və müxtəlif ölkələrdən digər hərbi məhsulları almağı planlaşdırır.
Subianto İndoneziya Hərbi Dəniz Qüvvələrini gücləndirmək öhdəliyini ifadə edərək, İndoneziya kimi bir dəniz ölkəsi üçün güclü dəniz qüvvələrinin əhəmiyyətini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az