Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Niderland İsrailin “Rafael Advanced Defence Systems” şirkətini ölkənin 200-dən çox orta mənzilli tank əleyhinə raket buraxılış qurğusu üçün 250 milyon avro dəyərində olan bir investisiya ilə döyüş mənzilini artıracaq təkmilləşdirmə tədarük etməsi məqsədilə seçib.
“Rafael” 2026-cı ildə ilk buraxılış qurğularını təhvil verəcək və son təhvil 2028-ci ilin birinci yarısında gözlənilir.
Niderland Müdafiə Nazirliyi sərmayənin 50 milyondan 250 milyon avroya qədər olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az