Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən təşkil edilən Həftəlik Mətbuatı Məlumatlandırma Toplantısında gündəlikdəki mühüm məsələlər və müdafiə fəaliyyəti müzakirə edilib.
Toplantıya mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşavir kontr-admiral Zeki Aktürk sədrlik edib.
“Quru Qoşunları Komandanlığımızın ehtiyacları çərçivəsində OMTAS Qülləli Zirehli Tank Əleyhinə Vasitələrinin yoxlanılması və qəbulu fəaliyyətləri uğurla tamamlanıb”, - deyə Aktürk bildirib.
Sevinc Əliyeva
Ordu.az