Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan Rusiya Federasiyasının regional kommunikasiyaların blokdan çıxarılması prosesində iştirakını, Rusiya FTX-nin sərhəd xidməti tərəfindən kommunikasiyaya nəzarət edilməsini istisna edib.
Matevosyan qeyd edib ki, digər tərəfdən Paşinyan ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyms O-Braynın Ermənistan ərazisindən kommunikasiyanın zəruriliyi barədə bəyanatı haqqında bir kəlmə də danışmayıb.
“Yekunlaşdıraraq bunu deməyə dəyər ki, “Nikol Paşinyan Putinin layihəsidir” deyənlər öz bəyanatlarının hədəf auditoriyası olaraq Ermənistan xalqını deyil, ABŞ səfirliyini, Aİ səfirliyini görürülər”, - deyə Matevosyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az