Paşinyanın partiyası Aİ-yə üzvlük referendumuna qarşıdır

2024/09/1725697324.jpg
Oxunub: 292     14:33     10 Sentyabr 2024    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası hazırkı mərhələdə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumun keçirilməsi ideyasına qarşıdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, lakin bu fakt qərbyönlü siyasi qüvvələrin üzvlük məsələsi ilə bağlı imza toplamaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət etməsinə mane olmayıb.

“Komissiya on gün ərzində təşəbbüs qrupunu qeydə alacaqsa, o zaman konstitusiyaya görə, onlara lazımi 50 min imzanı toplamaq və müəllifi olduqları “Ermənistanın Aİ-yə daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini 60 gün ərzində parlamentə təqdim etmək imkanı veriləcək. Parlamentin qəbul etmədiyi təqdirdə “Demokratik Qüvvələrin Platforması” məsələni parlamentdən yan keçməklə, referenduma çıxarmaq üçün daha 250 min imza toplamalı olacaq. Böyük ehtimalla hakim partiya 50 min imza toplasa belə, referendumun əleyhinə səs verəcək.

Parlamentin Avropaya inteqrasiya komissiyasının sədri Arman Yeğoyan bəyan edib ki, Aİ-yə üzvlük məsələsi qanunla deyil, hökumətin tələbi ilə tənzimlənir. Yeğoyanın sözlərinə görə, Ermənistan hökumətinin ən azı yaxın altı ay ərzində Aİ-yə üzvlük üçün ərizə vermək niyyəti yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin