“The Guardian”: İranın yeni hökuməti Rusiyaya xəbərdarlıq edib ki, sərhəd mübahisəsində Azərbaycanın tərəfində olmasın

2024/09/1725696809.jpg
Oxunub: 547     16:11     09 Sentyabr 2024    
İranın yeni islahatçı hökuməti Rusiyaya xəbərdarlıq edib ki, sərhəd mübahisəsində Azərbaycanın tərəfində olmasın.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu kontekstdə Tehranda Moskva ilə münasibətlərlə bağlı narahatlıqlar qalmaqdadır.

Müəllif xatırladır ki, İran tarixən Zəngəzur dəhlizi yaratmaq cəhdlərinə qarşı çıxıb.

“İran bu həftənin əvvəlində Rusiya səfiri Aleksey Dedovu çağıraraq, Moskvanın mövqeyindən narazılığını bildirib və bildirib ki, Moskvanın təşviq etdiyi sərhədləri yaxınlığında münaqişənin olmasını istəmir. Bundan əlavə, Moskvanın Ermənistan-İran sərhədi boyunca quru dəhlizinin yaradılması ilə bağlı çağırışlarda Azərbaycanın tərəfinə keçməsindən sonra İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Rusiyanı tənbeh etmək kimi qeyri-adi addım atıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin