Erməni analitik: “Zəngəzur dəhlizi 100 faiz Ermənistanın nəzarətində olmayacaq”

2024/09/1725696667.jpg
Oxunub: 4636     16:50     09 Sentyabr 2024    
“Zəngəzur vilayətindən keçən yola nəzarətin başqa dövlətin özəl şirkətinə verilməsi o demək olacaq ki, bu ərazi artıq 100 faiz Ermənistanın nəzarətində olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri namizədi, analitik, “APRI Armenia”ın elmi işçisi Sergey Melkonyan deyib.

Onun sözlərinə görə, bu yolun Ermənistan üçün strateji əhəmiyyət daşıdığı nəzərə alınsa, o zaman Ermənistanın hansı problemlərlə üzləşəcəyi bəlli olar.

Melkonyan qeyd edib ki, Zəngəzur vilayətindən keçən yola nəzarətin başqa dövlətin özəl şirkətinə verilməsi gündəliyi masaya ilk dəfə Azərbaycan tərəfindən qoyulub və aylar sonra Ermənistan tərəfi bununla razılaşır.

“Niyə belə bir həll təklif edildi? Cavab çox sadədir: bu, əvvəldən Azərbaycanın təklifi idi. Azərbaycan bu məsələdə Qərbi razı sala və bu gündəmi Rusiyaya da sata bilib”, - deyə erməni analitik vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Laçın yolu məsələsində necə davranıbsa, Zəngəzur dəhlizi məsələsində də eyni şəkildə davranacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Zəngəzur  


Bizi "telegram"da izləyin