Hindistan ilk yerli zərbə PUA-sı olan FWD 200B-nin ilk uçuş sınağını uğurla başa vurduğunu açıqlayıb

2024/09/1725693832.jpg
Oxunub: 392     15:42     09 Sentyabr 2024    
Hindistan ilk yerli zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) olan FWD 200B-nin ilk uçuş sınağını uğurla başa vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, orta hündürlükdə və uzun ömürlü platforma kimi təsvir edilən FWD 200B hava hücumları və bombardman missiyaları həyata keçirmək üçün raketə bənzər silahlarla təchiz edilib.

FWD 200B, həmçinin müşahidə və kəşfiyyat əməliyyatlarını dəstəkləmək üçün mürəkkəb optik faydalı yüklərə malikdir.

Ölçüsünə görə İranın “Şahed-136” PUA-sı ilə müqayisə oluna bilən FWD 200B saatda 250 kilometr sürətə çata və 7 saatdan çox havada qala bilir.

Sistem, həmçinin 800 kilometr genişləndirilmiş əməliyyat mənzilinə malikdir və uçuş üçün 300 metrlik uçuş-enmə zolağı tələb olunur.

Fəaliyyətə keçdikdə, PUA-nın Hindistanın döyüş qabiliyyətini gücləndirəcəyi və maksimum 4,6 kilometr hündürlüklə strateji çevikliyini artıracağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   PUA  


Bizi "telegram"da izləyin