Ordu.az xəbər verir ki, bu son tədarüklə Nigeriya HHQ-nin inventarındakı “Atak” helikopterlərinin sayı 4-ə yüksəlib.
2022-ci ilin iyul ayında Nigeriya müdafiə rəsmiləri ilə “Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) arasında həyata keçirilən iki illik danışıqlardan sonra imzalanan müqavilə çərçivəsində ümumilikdə 6 ədəd T129 “Atak” helikopteri alınıb.
Hər bir helikopterin təxmini dəyərinin təxminən 45 milyon dollar olduğu bildirilir.
Nigeriya HHQ ilk 2 T-129 “Atak” helikopterini 2023-cü il noyabrın 1-də təhvil alıb.
Sevinc Əliyeva
Ordu.az