ABŞ Yaponiyanın AEGIS parkının ehtiyaclarını qarşılamaq üçün 150 milyon dollarlıq müqaviləni təsdiqləyib

2024/09/sdfs-1725690367.jpg
Oxunub: 286     15:23     10 Sentyabr 2024    
ABŞ Yaponiyanın AEGIS esmines parkının texniki dəstək ehtiyaclarını qarşılamaq üçün 150 milyon dollarlıq müqaviləni təsdiqləyib.

Ordu.az xəbər verir ki, ABŞ hökuməti 2024-cü il sentyabrın 3-də Yaponiyanın AEGIS sinfinə məxsus esmineslərinə texniki dəstək verilməsinə dair sazişi təsdiqləyib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (JMSDF) AEGIS parkının əməliyyat effektivliyinin qorunmasının vacibliyini qeyd edərək, satış haqqında Konqresə məlumat verib.

Müqavilə mühəndislik və texniki dəstəkdən tutmuş döyüş sistemlərinin inteqrasiyasına, proqram təminatının yenilənməsinə və sistem təkmilləşdirmələrinə qədər geniş spektrli xidmətləri əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya   AEGIS  


Bizi "telegram"da izləyin