Qarabağdan könüllü şəkildə köç etmiş 3000 şəxsə Ermənistan vətəndaşlığı verilib

2024/09/16884-1725439457.jpg
Oxunub: 5340     15:38     04 Sentyabr 2024    
Qarabağdan könüllü şəkildə köç etmiş 4300-dən çox şəxs Ermənistan vətəndaşlığı üçün müraciət edib, onlardan 3000-ə yaxınına vətəndaşlıq verilib.

Ordu.az xəbər verir ki, bu barədə bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Qazaryan parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının iclasında məlumat verib.

“Ayın 30-na olan məlumata görə, Qarabağdan (könüllü-red.) köç etmiş 4300-dən çox insanın vətəndaşlıq üçün müraciəti var. Ölkə prezidentinin fərmanı ilə artıq 3 minə yaxın insana Ermənistan vətəndaşlığı verilib. Burada vacib bir məqamı nəzərə almaq lazımdır: yetkinlik yaşına çatmayanlar vətəndaşlıq üçün müraciət etmirlər, çünki valideynlərinə vətəndaşlıq verdikdən sonra azyaşlı pasportunu dəyişdirərək, Ermənistan vətəndaşı olur”, - deyə Qazaryan bildirib.

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi əlavə edib ki, Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər üçün artıq sadələşdirilmiş prosedur tətbiq edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin