Ordu.az xəbər verir ki, Rusiya ordusuna təhvil verilən vasitələr pilotsuz uçuş aparatı hücumlarına və kumulyativ sursat zədələrinə qarşı qoruma təmin etmək üçün əlavə qoruma dəstləri ilə təchiz edilib.
Məlumata görə, yeni zirehli vasitələr Rusiyada yerləşən “Kurganmashzavod” adlı istehsal şirkəti tərəfindən göndərilib və vasitənin birinci növü Sovet İttifaqında hazırlanaraq istehsal edilib.
İstehsalçı bildirir ki, Rusiya Silahlı Qüvvələrinə verilən yeni döyüş maşınlarının hər biri radioelektron mübarizə sistemləri ilə təchiz olunub.
BMP-3 PDM-lərinin 2024-cü ildəki ilk partiyası bu ilin fevralında Rusiya Silahlı Qüvvələrinə təhvil verilib.
Sevinc Əliyeva
Ordu.az