Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransında məlumat verib.
“Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda müasir piyada tüfənginin (MPT-76 MH) yoxlama və qəbul fəaliyyəti başa çatdırılıb”, - deyə Aktürk qeyd edib.
Türkiyə Silahlı Qüvvələrinin və təhlükəsizlik qüvvələrinin müasir piyada tüfəng ehtiyaclarını qarşılamaq məqsədilə “Makine ve Kimya Endüstrisi (MKE) AŞ” tərəfindən başladılan və uğurla tamamlanan Türkiyə Respublikasının ilk milli piyada tüfəngi layihəsi 100% yerli resurslardan istifadə etməklə istehsal olunan MPT-76-dır.
MPT-76 uzun illərdir ki, Türkiyənin təhlükəsizlik qüvvələri və dost ölkələrin orduları tərəfindən istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az