Ordu.az xəbər verir ki, bu barədə Vens “X” sosial şəbəkəsində məlumat verib.
“Mən təkcə oktyabrın 1-də CBS-dəki debat dəvətini yox, həm də sentyabrın 18-də CNN-dəki debat dəvətini qəbul edirəm”, - o deyib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İyulun 21-də hazırkı prezident Cozef Bayden seçki yarışından çəkilmək qərarına gəlib və Kamala Harrisin namizədliyini dəstəkləyib. O isə öz növbəsində Uoltsu özünə tərəfdaş seçib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi isə Donald Tramp irəli sürülüb və o, seçki yarışında özünə tərəfdaş kimi senator Vensi seçib.
Ordu.az