Makronun baş nazir təyinatını uzatması Fransada narahatlıq doğurur - KİV

2024/07/1720415073.jpg
Oxunub: 461     19:01     15 Avqust 2024    
Fransa prezidenti Emmanuel Makron indiki vəziyyətin (hökumətin olmaması) mümkün qədər uzun çəkməsində maraqlıdır. O, bununla populyarlığını bərpa etməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri yazıb.

Məlumata görə, Makronun yeni Baş nazir təyin etməməsi və bu vəziyyəti uzatması ölkədə narahatlıq doğurur. Siyasətçilər, tarixilər bununla bağlı müxtəlif fikirlər irəli sürürlər.

Məqalədə qeyd olunur ki, Makron populyarlığını bərpa etmək üçün yeni Baş nazir təyin etməyi uzadır. Qanunverici orqana seçkilərlə Baş nazirin təyin edilməsi arasında bu qədər uzun müddət gözləmək V Respublika tarixində görünməmiş hadisədir.

"Prezident bu müddəti mümkün qədər uzatmaqla, populyarlığını bərpa etmək və siyasi seçimləri qanuniləşdirmək istəyir. Bəzi tarixçilər hətta mədəni inqilabı nəzərdə tutur. E. Makron qeyri-stabillikdən danışmasa da, istefa etmiş hökumət üzvləri keçid dövründə işlərin rəvan getməsini təmin etsə də, gələcək mədəni inqilab istisna olunmur.

V Respublikanın təsisatları güclü prezident çoxluğuna malik olmaq üçün qurulub. Bu çoxluq artıq mövcud deyil. V Respublikanı üç, hətta dörd qüvvəyə bölünmüş yeni siyasi sahəyə uyğunlaşdırmaq üçün həll yolları tapılması vacibdir", - KİV yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin