Azərbaycan və İranın Belarusdakı səfirləri regiondakı vəziyyəti müzakirə ediblər

2024/08/1723730019.jpg
Oxunub: 369     17:38     15 Avqust 2024    
Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev İranın bu ölkədəki səfiri Əlirza Sanei ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

Görüş zamanı Azərbaycan səfiri iranlı həmkarına Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan tikinti və bərpa işləri barədə məlumat verib.

“Tərəflər ölkələrimiz arasında münasibətlərin cari vəziyyəti və perspektivlərini müzakirə edib, aktual beynəlxalq mövzular, regional vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin