Sabiq erməni nazir: “Türkiyə NATO-nun çox mühüm üzvüdür, heç kim onunla mübahisə etmək istəmir”

2024/08/1723702649.jpg
Oxunub: 776     15:16     15 Avqust 2024    
Ermənistanın keçmiş müdafiə naziri, “Ümumaməni Cəbhəsi” hərəkatının lideri, erməni general-mayor Arşak Karapetyan 2021-ci ildə müdafiə naziri olarkən, NATO liderlərindən biri ilə görüşüb.

Ordu.az xəbər verir ki, tərəflər arasında maraqlı söhbət olub, Karapetyan həmsöhbətinə Ermənistanın təhlükəsizliyi və ölkənin təhlükəsizlik siyasəti ilə bağlı lazımi nəticəyə gəlmək üçün çox vacib olan suallar verib.

Erməni general-mayor “МИЦ Известия” nəşrinə müsahibəsində həmin söhbəti xatırlayıb və bildirib:

“Mən müdafiə naziri olanda NATO liderlərindən biri ilə görüşüm olub. Mən ona xatırlatdım ki, Ermənistan Silahlı Qüvvələri bu günə qədər alyansın bir çox sülhməramlı missiyalarında iştirak edir, məsələn, Kosovoya qoşun göndərir. Mən ondan soruşdum ki, niyə belə şəraitdə hərbi alyans Azərbaycanla eyni vaxtda fəaliyyət göstərən Türkiyəyə kömək etdi? Bilirsiniz mənə nə dedi? Cavab verdi ki, Türkiyə NATO-nun çox mühüm üzvüdür, heç kim onunla mübahisə etmək istəmir”.

Sözügedən müsahibədə Karapetyan qeyd edib:

“Absurd bir vəziyyət ortaya çıxır. Ölkəmiz əslində rəqibimizə daha çox dəyər verənlərlə yaxınlaşmağa çalışır. Məncə, bu, sağlam düşüncədən kənardır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO   Ermənistan  


Bizi "telegram"da izləyin