ABŞ vitse-prezidentliyinə namizəd Tim Uolts debatda iştirak edəcək

2024/08/1723699707.jpg
Oxunub: 250     05:34     15 Avqust 2024    
ABŞ Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Tim Uolts oktyabrın 1-də keçiriləcək debatda iştirak etməyə razılıq verib.

Ordu.az-ın məlumatına görə, "Oktyabrın 1-də görüşənədək, Cey Di (Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Cey Di Vens)", - deyə T.Uolts "CBS News" televiziya kanalının dəvətinə cavab olaraq sosial şəbəkədə yazıb.

Bundan əvvəl televiziya kanalı sosial şəbəkələrdə Uolts və Vens üçün dəvət dərc edərək, namizədlərə Nyu-Yorkda debatlar üçün sentyabrda iki, oktyabrda isə iki tarix seçimi təklif etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tim-Uolts  


Bizi "telegram"da izləyin