ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşmasının mümkünlüyünü müzakirə edib.
Ordu.az-ın məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, telefon danışığında D.Tramp B.Netanyahunu Fələstinin HƏMAS hərəkatı ilə razılaşmağa sövq edəcəyini gözləyirdi. Eyni zamanda, portalın mənbələri söhbətin dəqiq məzmununu bilmədiklərini qeyd ediblər.
Bildirilib ki, Netanyahunun ofisi Trampla “söhbət faktını inkar etmir”.
Ordu.az