Ordu.az-ın məlumatına görə, polis terror təhdidinin yüksək səviyyədə olmasını nəzərə alaraq ziyarətçiləri ayıq-sayıq olmağa çağırıb.
“Narahatlıq üçün səbəb olsaydı, biz bu tədbirin keçirilməsinə yol verməzdik”, - deyə şəhər polisinin təhlükəsizlik xidmətinin əməkdaşı Gunnar Riknell bildirib.
Festival zamanı polis patrul çəkir. Stokholmun mərkəzi hissəsində praktik olaraq hücumların qarşısını almağa imkan verən müxtəlif növ beton maneələr quraşdırılıb.
Qeyd edək ki, iki il bundan əvvəl festivalın keçirildiyi ərazidəki Kungstredqorden parkında çantaların birində yerindəcə zərərləşdirilmiş partlayıcı maddə aşkar edilib, tamaşaçılar isə polisin tələbi ilə təxliyə edilib.
Hər il milyondan çox insanın ziyarət etdiyi mədəniyyət festivalı 2005-ci ildən keçirilir. Tədbirin proqramına konsertlər, teatr tamaşaları və rəqslər daxildir.
Ordu.az