Çin Myanmanın siyasi barışıq səylərini dəstəkləyib

2024/08/1723698462.jpg
Oxunub: 243     01:45     15 Avqust 2024    
Çin Myanmanın konstitusiya çərçivəsində ölkə daxilində erkən siyasi barışığa nail olmaq səylərini dəstəkləyir və müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün bu ölkə ilə işləməyə hazırdır.

Ordu.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Myanma lideri Min Aunq Hlainqlə Neypidoda görüşündə deyib.

Vanq Yi qeyd edib ki, Çin Myanmadakı iğtişaşlara, xarici qüvvələrin bu ölkənin daxili işlərinə qarışmasına qarşıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Myanma  


Bizi "telegram"da izləyin