Ərdoğan Qəzzada atəşkəsin əldə olunması üçün səyləri gücləndirməyə çağırıb

2024/07/1721309865.jpg
Oxunub: 294     00:15     15 Avqust 2024    
Türkiyə Fələstinin haqq işini müdafiə etməyə davam edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı deyib.

Məlumata əsasən, görüş zamanı Qəzza zolağında daimi atəşkəs və sülhə nail olmaq üçün tədbirlər, eləcə də cari hadisələr müzakirə edilib.

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Fələstinin haqq işini dəstəkləməyə davam edəcək, eyni zamanda İsraili dayandırmaq və ona beynəlxalq təzyiqləri artırmaq üçün səy göstərəcək.

R.T.Ərdoğan həmçinin bütün ölkələri, xüsusilə də İslam dünyası dövlətlərini Qəzzada dərhal atəşkəs və fələstinlilərə humanitar yardımların davamlı şəkildə çatdırılması üçün səyləri gücləndirməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fələstin  


Bizi "telegram"da izləyin