Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

2024/08/1723698323.jpg
Oxunub: 270     23:32     14 Avqust 2024    
Rusiyanın Kursk vilayətinin Qluşkovo rayonunun Qluşkovo kəndində sakinlərin məcburi təxliyəsi elan edilib.

Ordu.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov “Telegram” kanalında məlumat verib.

“Regional əməliyyat qərargahı Qluşkovo kənd sakininin məcburi təxliyəsi barədə qərar qəbul edib”, Smirnov qeyd edib.

Smirnov əlavə edib ki, yerli sakinlərin təxliyəsini hüquq-mühafizə orqanları, hərbçilər və yerli administrasiya koordinasiya edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kursk  


Bizi "telegram"da izləyin