Sorğu: Gürcüstan əhalisinin yarıdan çoxu parlament seçkilərində hakim partiyaya səs verəcək

2024/07/1721224108.jpg
Oxunub: 405     23:16     14 Avqust 2024    
Gürcüstan əhalisinin yarıdan çoxu oktyabrda keçiriləcək parlament seçkilərində hakim partiyaya səs verməyə hazırdır.

Ordu.az xəbər verir ki, GORBI təşkilatının “İmedi” telekanalının sifarişi ilə keçirilən sorğusunun nəticələri bunu göstərir.

Respondentlərin bildirib ki, seçkilərdə 59,3 %-i “Gürcü Arzusu” və “Xalqın Gücü” koalisiyasına səs verəcək.

Rəyi soruşulanların 13,1 %-i ən böyük müxalifət qüvvəsi olan “Vahid Milli Hərəkat” və “Aqmaşenebeli Strategiyası” koalisiyasına, 5,8 %-i “Gürcüstan üçün Lelo”, “Xalq üçün” və “Azadlıq Meydanı” koalisiyasına, 5,5 %-i “Axali”, “Droa” və “Girchi - daha çox azadlıq” koalisiyasına, 4,8 %-i keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasına, 3 %-i Rusiya ilə münasibətlərin qurulmasını müdafiə edən “Gürcüstan Vətənpərvərləri Alyansı” və “Alt-info” koalisiyasına görə səs verəcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Seçki  


Bizi "telegram"da izləyin