Ukraynada Sumı vilayətinin 183 yaşayış məntəqəsinin sakinləri təxliyə edilir

2023/06/1686903205.jpg
Oxunub: 407     20:26     14 Avqust 2024    
Ukraynanın Sumı vilayətində 183 yaşayış məntəqəsi davamlı atəşə məruz qaldığı üçün boşaldılır.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

“Sumı vilayətinin 15 ərazi icmasının 183 yaşayış məntəqəsinin sakinləri ilk təxliyə olunacaq şəxslərdir. Artıq 20 mindən çox insan təxliyə edilib ki, onlardan 2,5 mini uşaqlardır”, - o deyib.

Daha əvvəl hərbi əməliyyatların intensivləşməsi və Rusiya hərbçilərinin fəallığının artması ilə əlaqədar Sumı vilayətində vətəndaşlar üçün yeni məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sumı  


Bizi "telegram"da izləyin