Danimarka Ukrayna üçün “Bohdana” haubitsalarının istehsalını maliyyələşdirəcək

2024/08/GABUp-1723629956.jpg
Oxunub: 269     10:36     15 Avqust 2024    
Danimarka Müdafiə Nazirliyi Ukrayna üçün “Bohdana” haubitsalarının istehsalını maliyyələşdirəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, Danimarka hökuməti Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək 18 ədəd Ukrayna istehsalı 2S22 “Bohdana” təkərli haubitsalarının istehsalını maliyyələşdirəcək.

Məlumata görə, artilleriya sisteminin hərbi yardım kimi verilməsi qərarı Ukrayna Müdafiə Nazirliyi və Danimarka Müdafiə Nazirliyi arasında fevral ayında keçirilən sammitdən sonra formalaşıb.

“Bohdana” haubitsaları Ukrayna müdafiə sənayesi tərəfindən yerli olaraq istehsal olunur və bu bölmələrin yaxın bir neçə ay ərzində Ukrayna ordusuna təhvil veriləcəyi gözlənilir.

Beləliklə, bir ölkə ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Ukrayna istehsalı olan ağır silah sifarişi verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Danimarka  


Bizi "telegram"da izləyin