Ordu.az xəbər verir ki, “Rostec”in prezidenti Sergey Çemezov “Remdiesel” tərəfindən inkişaf etdirilən “Zubilo” robot döyüş vasitəsinin hərbi sınaqları başa çatdıqdan sonra kütləvi istehsalına başlanılacağını açıqlayıb.
“Zubilo” döyüş vasitəsi döyüş meydanlarına döyüş sursatı və kvadrokopter kimi əşyaların daşınması üçün uzaqdan idarə olunan robot təkərli vasitə olaraq nəzərdə tutulub.
İlk dəfə “Army-2023” sərgisində təqdim edilən “Zubilo” ZU-23-2 zenit silahı ilə təchiz edilmişdi və heç bir kamerası yox idi.
Bu ilin əvvəlində isə bildirilmişdi ki, ehtiyaclara uyğun olaraq “Zubilo” vasitəsinin müxtəlif variantları və müxtəlif modifikasiyaları hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az