“Rheinmetall” Baş direktoru: “Daha öncə heç vaxt belə bir böyümə görməmişdik”

2024/08/1723626555.jpg
Oxunub: 428     14:07     15 Avqust 2024    
Almaniyada yerləşən “Rheinmetall AG” şirkəti Avropanın Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq müdafiəsini gücləndirməsinə görə rekord artım yaşayır və gələcək illərdə illik gəlir artımı gözlənilir.

Ordu.az xəbər verir ki, şirkətin Baş icraçı direktoru Armin Papperger daha öncə heç vaxt belə bir böyümə görmədiklərini bildirib.

Papperger qeyd edib ki, supersikl açıq şəkildə sürətlənir.

Alman “Leopard” tankları və döyüş sursatları istehsalçısı Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən etibarən əlavə gücə “əhəmiyyətli” sərmayə qoymasından və satınalmalardan sonra yaxın illərdə illik satışlarının təqribən 2 milyard avro (2,2 milyard dollar) olacağını gözləyir.

“Rheinmetall” 2024-cü ilə qədər gəlirin təxminən 10 milyard avroya yüksələcəyini proqnozlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rheinmetall  


Bizi "telegram"da izləyin