Erməni psixoloq: “Ölkə başçısı və arvadı xalqı ələ salır”

2024/08/1723624456.jpg
Oxunub: 459     16:16     15 Avqust 2024    
“Ermənistan səlahiyyətliləri psixoloji müharibə məntiqinin diktə etdiyi əməliyyatları heyrətamiz şəkildə həyata keçirirlər”.

Ordu.az xəbər verir ki, bunu erməni psixoloq Karine Nalçacyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin nümayəndələri bir tərəfdən diqqəti yayındırırlar, digər tərəfdən nə lazımdırsa, onu edirlər.

“Digər tərəfdən, bunun öz emosional təsiri var. Çünki Ermənistan cəmiyyətinin əksəriyyəti hansı vəziyyətə düşdüyünü anlayır, bu, sadəcə olaraq, vətəndaşların alçaldılması və onlara hörmətsizlikdir. Ölkə başçısı və onun arvadı da, başqaları da xalqdan sui-istifadə edir, xalqı, ilk növbədə, onlara inananları ələ salırlar”, - deyə Nalçacyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin