Ermənistanın Rusiyada səfiri postuna namizəd olan deputatın səlahiyyətlərinə xitam verilib

2024/08/66bb5-1723553904.jpg
Oxunub: 336     16:41     13 Avqust 2024    
Ermənistan parlamentinin deputatı Qurgen Arsenyanın səlahiyyətlərinə xitam verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Parlament sədri Alen Simonyanın imzaladığı protokolda deyilir ki, qərar Arsenyanın istefa ərizəsi əsasında və qanuna uyğun olaraq qəbul edilib.

Xatırladaq ki, Ermənistan mediası Qurgen Arsenyanın sentyabr ayında Vaqarşak Arutunyanın yerinə Rusiyaya səfir təyin ediləcəyini yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin