Marsda ilk dəfə maye su tapılıb

2024/01/owl_m-1705763525.jpg
Oxunub: 399     14:24     13 Avqust 2024    
Marsda ilk dəfə maye su tapılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NASA-nın Mars "Insight Lander" zondunun topladığı məlumatları təhlil edən alimlər qənaətə gəliblər.

Qeyd olunub ki, Qırmızı Planetin qabığının dərinliklərində maye su anbarı adlanan yer var. Təhlil göstərdi ki, su Marsın səthinin altında 10-20 km dərinlikdə yerləşir.

Marsın səthini tədqiq edən tədqiqatçılar onun üzərində su olduğunu çoxdan anlayıblar: səthdə çay və göllərin izləri var. Lakin son 3 milyard ildə onların yerini səhra tutub.

Suyun bir hissəsi səthin altında qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mars   Su  


Bizi "telegram"da izləyin