Ordu.az xəbər verir ki, çox böyük daşıma və buraxılış konteynerləri olan yeni, əvvəllər məlum olmayan gəmi əleyhinə raket sistemi ilk dəfə nümayiş etdirilib.
İran bildirir ki, bu raketlər aşkar edilə bilməyən yüksək partlayış qabiliyyətinə malik döyüş başlıqları ilə təchiz olunub.
“Müasir dünyada sağ qalmaq üçün ya güclü olmalısınız, ya da təslim olmalısınız. Orta yol yoxdur”, - deyə SEPAH-ın komandiri, general-mayor Hüseyn Salami qeyd edib.
İran HDQ-dən verilən açıqlamada inventara müxtəlif tipli uzun və orta mənzilli raket sistemləri, kəşfiyyat PUA-ları və dəniz radarlarının əlavə edildiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az