Ordu.az xəbər verir ki, “Boeing” öz açıqlamasında Ukrayna iqtisadiyyatında artımı dəstəkləmək üçün “Antonov” ilə işləməkdən məmnun olduğunu bildirib.
Açıqlamada “Antonov” ilə Britaniyada keçirilən “Farnborough” Beynəlxalq Aviasərgisi çərçivəsində müqavilə imzalandığı qeyd edilib.
“Bu müqavilə aerokosmik və müdafiə sənayesində “Boeing” ilə gələcək yeni layihələrin imkanlarına əlavə olaraq, ən son və ən effektiv həllərin həyata keçirilməsi üçün tamamilə yeni səviyyəli imkanlar yaradır”, - deyə açıqlamada vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az