Ordu.az xəbər verir ki, görüntülər Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) 20 illik yubiley mərasimində dərc edilib.
Yayımlanan görüntülərdə Almaniyanın Ukraynaya verdiyi IRIS-T SLM və “Gepard” SPAAG kimi HHM sistemləri diqqət çəkib.
Almaniya Ukraynaya 4 ədəd IRIS-T SLM, 52 ədəd “Gepard” SPAAG və qeyri-müəyyən sayda “Cheetah” SPAAG tədarük edib.
IRIS-T SLM orta mənzilli hava hədəflərini önləmə qabiliyyətini təmin edir, “Gepard” SPAAG isə aşağı hündürlükdəki hava təhdidlərinə qarşı qoruma təmin edir.
Sevinc Əliyeva
Ordu.az